UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb. “Büdo-Qlimt” “Sportinq”ə 3 cavabsız qolla qalib gəlib. “Arsenal” “Bayer Leverkuzen”lə səfər matçından 1:1-lik heç-heçə ilə ayrılıb.
Turnirin son qalibi “Paris Sen-Jermen” “Çelsi”dən 5:2 güclü olub.
Mərhələnin mərkəzi matçında “Bernabeu”da “Mançester Siti” ilə qarşılaşan “Real Madrid” 3:0 hesablı qələbə qazanıb. Bu oyunda Federiko Valverde het-trikə imza atıb.













