Almaniyanın paytaxtı Berlində stolüstü tennis üzrə “WTT Youth Contender” turniri keçirilib

Yarışa baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi altında 3 idmançı ilə qatılan oğlanlardan ibarət Azərbaycan millisi iki mükafat qazanıb.

Belə ki, Onur Quluzadə U-15, Ələkbər Mirzəliyev isə U-11 yaş kateqoriyasında üçüncü yeri tutub.