Qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
İlk oyun günündə Türkiyə təmsilçisi “Qalatasaray” doğma azarkeşlər önündə İngiltərə nəhəngi “Liverpul” üzərində 1:0 hesablı qələbə qazanıb.
“Bayern Münhen” səfərdə “Atalanta”nı 6:1, “Atletiko Madrid” isə evdə “Tottenhem”ə 5:2 qalib gəlib.
“Nyukasl” – “Barselona” matçında qalib müəyyənləşməyib. Ev sahibləri uzun müddət hesabda irəlidə olsa da kataloniyalıar son dəqiqələrdə Lamin Yamalın penalti qolu ilə bərabərliyə nail olub – 1:1.













