Serbiyanın Zrenyanin şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycan idmançıları növbəti medallarını qazanıblar.

92 kq-da yarışan Ali Tsokayev bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

61 kq-da Ceyhun Allahverdiyev, 125 kq-da Yusif Dursunov yalnız finalda uduzaraq ikinci olublar.

74 kq-da Ağanəzər Novruzov və 86-da Vasif Xudiyev bürünc medal uğrunda görüşlərdə uduzublar.

Bununla yanaşı, qadın güləşində daha iki təmsilçimiz finala yüksəlib. 55 kq-da Gültəkin Şirinova və 59-da Günay Qurbanova sabah həlledici duelə çıxacaqlar.