Azərbaycan II Liqasında çıxış edən “Şəmkir” komandasına “Xankəndi” ilə oyunda Əsasnamənin tələblərini pozduğu üçün texniki məğlubiyyət verilib.
Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bildirilib ki, “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, Peşəkar Futbol Liqasının (PFL) tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət (maddə 58.3, 77.1, 88, 94) alıb.

















