MLS təmsilçisi “Kolambus Kryu” Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadəni ictimaiyyətə təqdim edib.

21 yaşlı futbolçu yeni komandasında artıq ilk məşqini də keçirib.

Qeyd edək ki, o bu qış transfer pəncərəsində “Qarabağ”dan Ohayo təmsilçisinə keçib.