AFFA İntizam Komitəsinin yeni iclası keçirilib
İclasda verilən qərara əsasən, Azərbaycan I Liqası təmsilçisi “Şahdağ Qusar” klubu 6510 manat cərimələnib.
XVII turda “Şəfa” ilə oyunda Qusar təmsilçisi dörd nəfər sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Komandanın həkimi Müşfiq Hümmətli və məşqçisi Babək Allahverdiyev hakimi təhqir və təhdid etdiklərinə görə birbaşa qırmızı vərəqə aldıqları üçün növbəti dörd matça buraxılmayacaqlar. Klub bu səbəbdən 6000 manat cərimələnib.
Bundan əlavə, klubun icraçı direktoru Mirzə Bayrampul buraxılış akkreditasiyası olmadan Zona 1-ə daxil olub. Bu, I Liqa təmsilçisinə 300 manata başa gələcək.
“Şəfa” isə beş oyunçusu sarı vərəqə gördüyü üçün 210 manat ödəməli olacaq.

















