Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

Son oyun günündə “Sabah” “Bank Respublika Arena”da “Qəbələ”ni qəbul edib. Görüş “bayquşlar”ın 7:1 hesablı qələbəsi ilə bitib.

Xalını 56-ya çatdıran “Sabah” ikinci “Qarabağ”ı 7 xal qabaqlayır. Üçüncü “Turan Tovuz”un 44 xalı var.