“Qarabağ”ın futbolçusu Kamilo Duran Kolumbiya millisinə çağırılıb.

24 yaşlı yarımmüdafiəçi martda keçiriləcək yoldaşlıq görüşləri üçün dəvət alıb. Cənubi Amerika yığması martın 26-da Xorvatiya, üç gün sonra Fransa ilə qarşılaşacaq.

Bu Duranın karyerası üçün bir ilk olacaq.