25-29 may tarixlərində Azərbaycan Voleybol Federasiyası tərəfindən Beynəlxalq Voleybol Federasiyasının “Level 2” seminarı təşkil olunacaq.
Seminara FIVB-nin məşqçi-instruktoru, professor, türkiyəli Cengiz Akarçeşme rəhbərlik edəcək.
FIVB-nin müəyyən etdiyi şərtlərə əsasən, Level-1 kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər. Namizədlər ingilis dilini bilməli, həmçinin sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları ilə tələblərə cavab verməlidirlər.













