Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Yulian Brandt cari mövsümün sonunda komandadan ayrılacaq.

Almaniyalı yarımmüdafiəçi 2025/2026 mövsümü başa çatdıqdan sonra Dortmund təmsilçisini azad agent kimi tərk edəcək.

29 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi yaxın aylarda müəyyənləşəcək.

Qeyd edək ki, Yulian Brandt “Borussiya”nın heyətində 7 ildir çıxış edir.