Qadınlar arasında 3×3 basketbol üzrə FIBA Çempionlar Kubokunda oyunların təqvimi açıqlanıb.
Bu mövzüm Azərbaycan millisi ilk dəfə yarışa qatılacaq. Erika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzerdən ibarət yığma B qrupunda yer alıb.
Onlar martın 13 də Kanada və Taylandla qarşılaşacaq. Görüşlər müvafiq olaraq saat 13:20 və 16:05-də başlayacaq. Martın 14-ü, saat 12:30-da start götürəcək oyunda Azərbaycan İspaniyaya rəqib olacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.












