Misli Premyer Liqasında XXIII tura start verilib.
Turun ilk oyun günündə “Sumqayıt” səfərdə “Karvan – Yevlax”la bərabərə qalıb – 1:1.
Yevlax şəhər stadionunda baş tutan matçda qonaqların heyətində Səbuhi Abdullazadə 51-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb.
Yevlax təmsilçisi 90+3-cü dəqiqədə Coy Sleyd Mikelslə bərabərlik qolunu vurub.
“Sumqayıt” 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 8 xala malik “Karvan-Yevlax” isə sonuncu – 12-cidir.
Qeyd edək ki, XXIII tura martın 10-da yekun vurulacaq.

















