“Şahdağ” Turizm Mərkəzində xizək alpinizmi üzrə Avropa çempionatının üçüncü gününün və eyni zamanda Dünya Kubokunun nəticələri bəlli olub.
Martın 6-da fərdi yarışlar keçirilib.
18 yaşadək qızlar arasında 1-ci yeri Nuriya Noquera Balaquer (İspaniya), 2-ci yeri Anastasiya Pşeniçnaya (Rusiya), 3-cü yeri isə Antonina Rakus (Polşa) tutub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Matey Petre (Rumıniya) 1-ci, Gil Rosias Sakrest (İspaniya) 2-ci, Adam Hubats (Slovakiya) isə 3-cü pillədə qərarlaşıb.
20 yaşadək qızlar arasında Helena Oyeringer (Almaniya), Klara Velepets (Sloveniya) və Emma Boqones Martin (İspaniya) ilk üç pillədə qərarlaşıb. tutub, Oğlanlar arasında isə Silas Valter (Almaniya) qızıl, Morits Bauregger (Almaniya) gümüş, Marek Foltin (Çexiya) bürünc medal qazanıb.
23 yaşadək qızlar arasında Tib Dezeyn (İsveçrə), Mariya Ordonyes Kobaxo (İspaniya), İrina Umnitsına (Fərdi Neytral İdmançı), oğlanlarda isə Yohannes Lofeyer (Avstriya), Yulian Tritşer (Avstriya) və Silvano Volf (Avstriya) ilk üç pillədə yer alıblar.
Böyüklər arasında qadınların fərdi yarışında Culiya Murada (İtaliya) birinci, Marian Faton (İsveçrə) ikinci, Alba De Silvestro (İtaliya) üçüncü olub. Kişilərdə Remi Bonne (İsveçrə), Tomas Bussar (İsveçrə) və Yohannes Lofeyer (Avstriya) ilk “üçlüyü”ü formalaşdırırlar.
Azərbaycanı 18 yaşadək oğlanların fərdi yarışında Nurid Şəkərəliyev, 20 yaşadək oğlanlar arasında Nəbiyulla Qələbəqiyev təmsil edib. N.Şəkərəliyev yarışı 7-ci, N.Qələbəqiyev 6-cı pillədə başa vurub.
Qeyd edək ki, Avropa çempionatı Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Çempionatda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.














