Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən “Qran-pri”nin qalibi olub.

Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Milli üzvü turnirin finalında braziliyalı Ronald Limanı məğlub edib.

Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar.

Azərbaycanı “Qran-pri”də 7 cüdoçu təmsil edir. Yarışa 59 ölkədən 479 idmançı qatılıb.