Azərbaycan I Liqasında çıxış edən Xaçmazın “Şimal” futbol klubu heyətini yeni legionerlə gücləndirib.

Bölgə təmsilçisi kot-d’ivuarlı 21 yaşlı hücumçu Qla Anj Donaldı transfer edib.

Futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Donald karyerası ərzində Moldovanın “Saksan” və Azərbaycanda “Mingəçevir” komandalarında çıxış edib. Hücumçunun “Şimal”ın heyətində 7 nömrəli forma ilə çıxış edəcəyi bildirilib.

Qeyd edək ki, “Şimal” hazırda I Liqanın turnir cədvəlində 8 xalla onuncudur.