Qazax şəhərinin 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi münasibətilə sərgi təşkil edilib.

Tədbirdə şəhərin idman potensialı və tarixi irsi nümayiş olunub.

Sərgi zamanı yeniyetmə cüdoçular, şahmatçılar, güləşçilər, ağırlıqqaldıranlar, boksçular, futbolçular və qol güləşi üzrə idmançılar bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar tərəfindən təqdim olunan çıxışlar tədbirə xüsusi rəng qatıb.

Bununla yanaşı, sərgidə şəhərin tarixini əks etdirən kitablar, qədim musiqi alətləri və digər mədəni irs nümunələri nümayiş olunub.

Qeyd edək ki, bu gün Qazax şəhərində “İdman Paytaxtı – 2026” tədbirinin rəsmi açılış mərasimi keçiriləcək.