Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulacaq.
Saat 16:30-da başlayacaq oyunda “Turan Tovuz” “Azersun Arena”da “İmişli” ilə üzləşəcək. Görüşü Fərid Hacıyev idarə edəcək.
Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Çempionluq uğrunda yarışan komandaların duelində “Qarabağ” “Sabah”ı qəbul edəcək. Saat 19:00-da start götürəcək matçın start fitini Tural Qurbanov səsləndirəcək.
Hər iki qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq.














