Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın klub turnirlərində 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Bakı vaxtı ilə saat 15:00-da UEFA Çempionlar liqasının püşkatma tədbiri başlayacaq. Burada liqa mərhələsində ilk 8 pilləni tutan “Arsenal”, “Bayern Münhen”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq””, “Mançester Siti”, o cümlədən keçid pley-off etapını uğurla adlayan “Nyukasl”, “Paris Sen-Jermen”, “Atletiko Madrid”, “Qalatasaray”, “Atalanta”, “Budö-Qlimt” və “Bayer Leverkuzen” kollektivləri iştirak edəcək.

Mümkün cütlərə gəlicə, “Barselona” və “Çelsi”nin rəqibi PSJ, “Nyukasl” komandalarından biri olacaq. “Liverpul”la “Tottenhem” ya “Qalatasaray”, ya da “Atletiko Madrid”lə qarşılaşacaq. “Real Madrid” bu etapda yenə “Mançester Siti” ilə görüşə bilər. “Kral klubu”nun həm də “Sportinq”lə üzləşmə şansı var. “Man. Siti” və “Sportinq”in digər rəqibi isə “Budö-Qlimt” ola bilər. Liqa mərəhələsini lider bitirən “Arsenal” və ikinci olan “Bayern Münhen” “Atalanta”, “Bayer Leverkuzen” klublarından biri ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, tədbir “CBC Sport”la canlı yayımlanacaq.