Bu gün Misli Premyer Liqasında XXII tur iki matçla start götürəcək.

İlk oyun Yevlax şəhər stadionunda keçiriləcək. Burada “Kəpəz” nominal ev sahibi kimi “Sumqayıt”ı qəbul edəcək. Saat 14:30-da başlayacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Start fiti saat 18:00-də səslənəcək görüşdə isə “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşacaq. “Liv Bona Dea Arena”da baş tutacaq matçda ədalət qoruyucusu Rauf Cabbarov olacaq.