Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında Azərbaycan birinciliyi keçirilib.

Turnir Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ilk dəfə olaraq handikap sistemi üzrə təşkil edilib.

Azərbaycan birinciliyinə Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 iştirakçı qatılıb. Reqlamentə əsasən avarçəkənlər bir nəfərlik qayıqda akademik avarçəkmədə 3500 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət ediblər. Qaliblər idmançıların fərdi vaxt göstəricilərinə əsasən müəyyənləşib.

Turnirdə fərqlənən idmançılar 28 aprel – 1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq “Prezident Kuboku-2026” beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətində yer alacaqlar.