UEFA Çempionlar Liqasında keçid pley-off mərhələsində cavab oyunlarına start verilib. “Nyukasl” “Qarabağ”a hər iki görüşdə qalib gələrək adını 1/8 finala yazıdırıb. “Bayer Levekuzen” səfərdə 2:0 məğlub etdiyi “Olimpiakos”la evdəki heç-heçə sayəsində keçib.

Belçikada 3:3-lük bərabərliyə imza atan “Atletiko Madrid” bu dəfə “Brügge”ni 4:1 məğlub edərək növbəti etapa yüksəlib. Bu oyunda “matrasçılar”dan Aleksandr Sörlot het-trikə imza atıb.

Norveç təmsilçisi “Budö-Qlimt” isə yarışın son finalçısı “İnter”i mübarizədən kənarlaşdırıb. Evdə 3:1 hesablı qələbəyə sevinən “sarı-qaralar” Milan şəhərində 2:1 qalib gələrək tarixi uğura imza atıblar.