“Qarabağ” UEFA Çempionlar liqasının keçid pley-off mərhələsinin cavab qarşılaşmasında “Nyukasl”ın qonağı olub.
Evdə 1:6 hesablı məğlubiyyətə uğrayan Ağdam klubu “Sent-Ceyms Park” stadionunda keçirilən görüşdə 2:3 uduzub. “Köhlən atlar”ın qollarını Kamilo Duran və Elvin Cəfərquliyev vurub.
Beləliklə, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin əsas klub turnirinin pley-off etapına adlayan təmsilçimiz mübarizəni başa vurub.
“Nyukasl” növbəti etapda “Barselona” və “Çelsi” kollektivlərindən biri ilə görüşəcək.

















