Azərbaycan I Liqasında XXV tura yekun vurulub.
Mərkəzi qarşılaşmada çempionluq uğrunda yarışan komandaların duelində “Xankəndi” “Qaradağ Lökbatan”ı qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Şəmkir” – “Şəki City” oyununda qapılara qol vurulmayıb.
Hazırda 42 xala malik “Xankəndi” turnir cədvəlinə başçılıq edir. Onlar “Qaradağ Lökbatan”ı 3 xal qabaqlayırlar. Üçüncü “Quba”nın 35 xalı var.















