Bu gün UEFA Çempionlar Liqasının keçid pley-off mərhələsinin cavab oyunları keçiriləcək. “Qarabağ” səfərdə “Nyukasl”ın qonağı olacaq.

“Bayer Leverkuzen” ilk matçda məğlub etdiyi “Olimpiakos”u qəbul edəcək. Norveçdə 1:3 uduzan “İnter” “Budö-Qlimt”, Belçikadan 3:3-lük bərabərliklə qayıdan “Atletiko Madrid” isə “Brügge” səddini evdə aşmağa çalışacaq.

“Atletiko Madrid” – “Brüqqe” və “İnter” – “Budö-Qlimt” qarşılaşmaları “CBC Sport”la canlı yayımlanacaq.