“Neftçi” əfsanəvi futbolçu Anatoli Banişevskinin adının əbədiləşdirilməsi yolunda daha bir addım atıb.

Komandanın ev oyunlarını keçirdiyi “Palms Sports Arena”nın ən böyük tribunası bundan sonra Banişevskinin adını daşıyacaq.

Xatırladaq ki, bu gün Anatoli Banişevskinin doğum günündən 80 il ötür.