Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov (92 kq) Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində qızıl medal qazanıb.

92 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finala kimi uğurla irəliləyib.

Abakarov finalda dağıstanlı Qamzat Qasanov üzərində 12:5 hesablı qələbə qazanıb.