Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

İkinci enişinə 59-cu sırada başlayan 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb.

Bununla da Anastasiya Papatoma hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.

Qeyd edək ki, ilk enişində 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatmışdı.

XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.