Bakıda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında qapalı məkanda ölkə birinciliyi keçiriləcək.

Bu barədə Azərbaycan Atletika Federasiyasından bildirilib.

Fevralın 20-21-də baş tutacaq turnirdə yeniyetmə atletlər müxtəlif proqramlar üzrə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi və AAF tərəfindən Bakı Atletika Mərkəzində təşkil olunacaq.