Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk görüşləri keçirilib.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəyə qalib gəlib.
Rauf Məmmədov-Read Səmədov, Məhəmməd Muradlı-Eltac Səfərli, Aydın Süleymanlı-Nicat Abasov görüşlərində heç-heçə qeydə alınıb.
Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva Günay Məmmədzadədən güclü olub. Türkan Məmmədyarova ağ fiqurlarla Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva-Gülnar Məmmədova görüşündə bərabərlik olub.
Bu gün1/4 final mərhələsinin ikinci partiyaları oynanılacaq.














