İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Atletiko Madrid” “Barselona”nı qəbul edib.
Görüşdə bütün qollar birinci hissədə vurulub. Rəqibini 4-0 məğlub edən “Atletiko” finala adlamaq baxımından böyük üstünlük qazanıb.
Cavab oyunu martın 3-də “Kamp Nou”da baş tutacaq.












