Bu gün Azərbaycan Basketbol Liqasında XVII turun daha iki oyunu baş tutub.

A qrupunun matçında “Gəncə”ni 81:69 məğub edən “Abşeron Lions” xalını 32-yə çatdırıb və “Sabah”ı qabaqlayaraq ilk pilləyə yüksəlib. 1 xal az toplayan “bayquşlar” cari tur görüşünü sabah NTD-yə qarşı keçirəcək.

B qrupunda isə “Quba”ya 81:69 hesabı ilə qalib gələn “Ordu” liderliyini möhkəmləndirib. “Hərbiçilər”in aktvində 31 xal var.