Bu gün qadın voleybolçuların Azərbaycan Yüksək liqasında XIII tur start götürüb.
Son çempion “Azerrail” “Milli Aviasiya Akademiyası”na 3:1 hesabı ilə uduzub. İkinci görüşdə isə “Turan”la üzləşən “DH Volley” 3:2 qalib gəlib.
Hazırda turnir cədvəlinə 31 xalla “Turan” başçılıq edir. Onlar “DH Volley”i 2 xal qabaqlayır.











