“Sumqayıt” klubu heyətinə yeni futbolçu cəlb edib.
“Gənclik şəhəri” təmsilçisi burkina fasolu yarımmüdafiəçi Sedrik Badolonun transferini açıqlayıb.
27 yaşlı oyunçu son olaraq Slovakiyanın “Spartak Trnava” klubunda oynayın. O, həmçinin Moldovanın “Şerif”, Slovakiyanın digər bir təmsilçisi “Pohronye”, Mərakeşin “Kavkab” komandalarında və vətənində çıxış edib. Badolo həm də Burkina Faso millisinin üzvüdür və 33 dəfə yığmanın formasını geyinib.


















