İsveçrəli dağ xizəkçisi Franyo fon Allmen İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

Kişilər arasında dağ xizəyi üzrə super böyük slalom yarışında bütün rəqiblərini qabaqlayan isveçrəli Franyo fon Allmen cari turnirdə üçüncü qızıl medalını qazanıb.

Buna kimi sürətli eniş və komanda kombinasiyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxan fon Allmen 58 il sonra dağ xizəyində bir olimpiadada 3 qızıl medal qazanan ilk kişi idmançı olub. Ondan əvvəl son belə nəticəni 1968-ci ildə Fransada keçirilən yarışda yerli idmançı Jan-Klod Killi göstərmişdi.