Şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib.

Hər iki partiyada rəqiblərindən güclü olan Aydın Süleymanlı, Eltac Səfərli, Şiroğlan Talıbov, İlk görüşdə qələbə qazanan, cavab görüşündə heç-heçə edən Məhəmməd Muradlı və Read Səmədov da adını növbəti mərhələyə yazdırıb.

Murad İbrahimli Vüqar Manafova (1,5:0,5), Əhməd Əhmədzadə Allahverdi Həmidova (1,5:0,5), Vüqar Rəsulov Fərid Orucova (2:0) qalib gələrək növbəti etapa yüksəlib.

1/16 finalın iki oyunundan sonra qalib müəyyənləşməyən tərəflər arasında bu gün tay-brek oynanılacaq. Bu mərhələdə Nicat Abasov – Şəmsi Qaraxanov, Ümid Aslanov – Xaqan Əhməd, Rəhim Qasımov – Məhəmməd Zülfüqarlı, Kamal Ağasiyev – Fərhad Tahirov, Xəzər Babazadə – Rəvan Əliyev və Misrətdin İskəndərov – Paşam Əlizadə duelləri baş tutacaq.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Qadın şahmatçılar mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.