Bu gün Misli Premyer Liqasında XIX tura yekun vurulacaq. Son oyun günündə iki görüş keçiriləcək.

Saat 14:30-da başlayacaq matçda “Qarabağ” “Şamaxı”nın qonağı olacaq. Qarşılaşmanı Kamal Umudlu idarə edəcək.

“Neftçi”in “Qəbələ”ni qəbul edəcəyi bağlanış oyunu saat 19:00-da Əliyar Ağayevin baş hakimliyi ilə start götürəcək.