Misli Premyer Liqasında XIX tura yekun vurulub.
Son matçda “Neftçi” “Qəbələ”ni qəbul edib.
“Ağ-qaralar” Emin Mahmudovun yeganə qolu ilə matçdan 1:0 hesablı qalibiyyətlə ayrılıb. Çempionatda 5 oyundur uduzmayan Bakı klubu 27 xalla 6-cıdır.
Yeni ildə ilk dəfə məğlub olan “Qəbələ” 14 xalla 10-cu yeri tutub.


















