Misli Premyer Liqasının XIX turu çərçivəsində daha bir görüş baş tutub.

“Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul edib. Qarlı hava şəraiti səbəbi ilə 20 dəqiqə gec, saat 14:50-də start götürən oyun kifayət qədər gərgin alınıb. Hesabı Oruc Məmmədovla ev sahibləri açsa da Ağdam klubu Xoni Montiel və Kamilo Duranın qolları ilə 2:1-lik çətin qələbə qazanıb.

Xalını 42-yə yüksəldən Qurban Qurbanovun kollektivi lider “Sabah”dan 4 xal geri qalır.

Qeyd edək ki, tutun bağlanış matçında bu gün “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Oyun saat 19:00-da başlayacaq.