Kamandan oxatma üzrə Azərbaycan milli komandasının fevralın 16-21-i aralığında Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçiriləcək Avropa çempionatında iştirak edəcək heyəti açıqlanıb.

Kollektiv Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmovdan ibarətdir.

Təmsilçilərimiz fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.