Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy”də iştirak edəcək Azərbaycan batutçuları müəyyənləşib.

Yarışa millimiz Maqsud Mahsudov, Mehdi Əliyev, Əli Niftəliyev, Hüseyn Abbasov, Selcan Mahsudova, Şəfiqə Hümbətova, Ayan Şabanovadan ibarət kollektiv ilə qatılacaq.

İdmançılar turnirdə kişi və qadınların fərdi proqramında, qarışıq, qadın və kişi sinxron cüt kateqoriyalarında bacarıqlarını göstərəcəklər.

Dünya Kubokunda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar iştirak edəcəklər.

Qeyd edək ki, turnir fevralın 21-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq.