Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında mübarizə davam edir.
Bu gün sloupstaylda qaliblər müəyyənləşib. 86.96-lıq nəticə göstərən isveçrəli fristaylçı Matilda Qremo qızıl medala sahib çıxıb.
Çinli Elin Qu ikinci yeri tutubsa, Kanadadan Meqan Oldhem bürünc əldə edib.














