Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə “WTT Youth Star Contender Tunis 2026” yarışında uğurla çıxışı ilə yadda qalıb.
Belə ki, idmançı U-15 yaş dərəcəsində şəxsi mübarizədə finaladək bütün rəqiblərini üstələyib. Həlledici dueldə ispaniyalı Ladimir Mayorova uduzan Quluzadə ikinci yeri tutub. O, daha əvvəl qoşa yarışlarda qızıl mükafata sahib çıxıb.














