Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII turun daha bir oyunu keçiriləcək.

“Murov Az Terminal” bu gün “DH Volley” komandasını qəbul edəcək.

Qarşılaşma saat 15:00-da “Murov Az Terminal”ın idman zalında start götürəcək.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Azərreyl” UNEC-ə (3:1), “Turan” “Gəncə”yə (3:1) “Milli Aviasiya Akademiyası” isə “Abşeron”a (3:1) qalib gəlib.