Kişi və qadınlar arasında keçiriləcək Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq.
6-22 fevral aralığında təşkil olunacaq turnirdə 30 kişi və 16 qadın şahmatçı mübarizə aparacaq. Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, qadınların mübarizəsində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva kimi milli komandanın üzvləri çıxış edəcək.
Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatı üçün nəzərdə tutulub.














