Azərbaycan Basketbol Liqasında XV tur başa çatıb. Son oyun günündə A qrupunda iki matç keçirilib.

NTD-nin qonağı olan “Neftçi” 98:82 hesablı qələbə qazanıb. “Gəncə” evdə “Şəki”dən 95:80 üstün olub.

Hazırda A qrupuna 29 xalla “Sabah” başçılıq edir. “Bayquşlar” ikinci “Abşeron Lions”u bir xal qabaqlayır. “Gəncə” və “Neftçi” 22 xalla 3-4-cü yerləri bölüşürlər. Son iki pillədə mövqe tutan “Şəki” və NTD-nin 17 xalı var. B qrupuna isə 29 xal toplayan “Ordu” başçılıq edir.