Bu gün Misli Premyer Liqasında XXVIII turunun daha iki oyunu keçirilib.
Yevlax şəhər stadionunda “Kəpəz”lə qarşılaşan “Şamaxı” 2:0 qalib gəlib. Xalını 23-ə çatdıran Şirvan klubu ən azı bir günlük “Neftçi”ni qabaqlayaraq 7-ci yerə yüksəlib.
Lider “Sabah” isə “Zirə”nin qonağı olub. İlk dövrədə rəqibini üç cavabsız qolla məğlub edən Valdas Dabrauskasın kollektivi bu dəfə 3:1 hesabı ilə üstün olub. Məğlubiyyətsiz oyunlar seriyasını 17-ə yüksəldən “Sabah” 43 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi, bir matç az keçirən “Qarabağ”ı 7 xal qabaqlayır.
Qeyd edək ki, XVIII tura fevralın 1-i yekun vurulacaq.














