Qadın voleybolçuların Yüksək liqasında XI turun bir oyunu keçirilib.
UNEC-lə qarşılaşan “Abşeron” hər 3 seti xeyrinə tamamlayıb – 3:0.
Hazırda turnir cədvəlinə 27 xal toplayan “Turan” başçılıq edir. Onlar “DH Volley” və UNEC-i 3 xal qabaqlayır. Xalını 12-yə çatdıran “Abşeron” 6-cı pillə qərarlaşıb.














