Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, “Atletika” İdman Klubunun təşkilatçılığı və Dünya Atletikasının dəstəyi ilə Bakı Beynəlxalq Qış Turniri keçirilib.

Açılış mərasimində çıxış edən federasiyanın vitse-prezidenti Könül Nurullayeva və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın önəmini vurğulayıb və iştirakçılara uğurlar arzulayıblar. Bakı Atletika Mərkəzində təşkil edilən turnirdə yerli idmançılar, habelə Tacikistan və Qırğızıstanı təmsil edən 60-a yaxın atlet mübarizə aparıb.

60 metr məsafəyə qaçışda kişilərdən Tembo Con, qadınların mübarizəsində isə Lamiyə Vəliyeva qalib olub. Üç təkanla tullanma növündə Rüstəm Məmmədov qızıl medal qazanıbsa, uzunluğa tullanmada qırğızıstanlı Timur İsakov 1-ci yeri tutub. Həmçinin, U-18 kateqoriyasında müxtəlif növlərdə qaliblər müəyyənləşib.