Yanvarın 31-də Mingəçevirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) təşkilatçılığı ilə konsept trenajorda Federasiya Kuboku turniri baş tutacaq.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçeviri təmsil edən 30-dan çox idmançı qüvvəsini sınayacaq.

Qeyd edək ki, konsept trenajor yarışları qapalı məkanda, xüsusi idman qurğularında keçirilir.